Accessibility links

Fələstinli militantlar İsraillə sülhü qəbil edə bilər - 2005-01-25


Fələstinin Hamaz qrupunun yüksək rütbəli lideri Xalid Meşaal İsrailin Fələstin militant liderlərinı qarşı hücumlarını dayandırdığı və Fələstin məhbuslarını azad etdiyi təqdirdə, müvəqqəti sülh sazişi əldə edilə biləcəyini bildirib. “Əl-Həyat” qəzetinə müsahibə verən cənab Meşaal Fələstin lideri Mahmud Abbas və İsrail əleyhinə olan militantlar birliyi ilə danışqıların onu ruhlandırdığını bildirib. Bununla yanaşı İsrail rəsmiləri Qəzza və İordan çayının qərb sahilləri arasında dəmir yolu xətti çəkilməklə fələstinlilərin səyahətinə imkan yaradılacağını deyirlər. Rəsmilərin dediyinə görə, İsrailin baş nazir müavini Şimon Peres Dünya Bankına müraciət edib, layihənin həyata keçirilməsi üçün fondlar yaradılmasına yardım göstərməsini istəyəcək.

XS
SM
MD
LG