Accessibility links

Oskara namizədlər irəli sürüldü - 2005-01-25


Holivudda Amerika kino akademiyasının 77-ci Oskar mükfatlarına namizədlərin adları açıqlandı. Amerikalı milyardçı Hovard Hyunun həyatına həsr olunmuş epik “Aviator” filmi bütün filmləri geridə qoyaraq 11 nominasiya üzrə mükafata namizəd göstərilib. Filmdə baş rolda çəkilmiş Leonardo DiKaprionun ən yaxşı kişi rolunun ifaçısı və rejissor Martin Skorsezenin ən yaxşı quruluşçu rejissor kimi namizədlikləri irəli sürülüb. “Aviator” ən yaxşı film kateqoriyasında irəli sürülmüş “Finding Neverland”, “Million Dollar Baby”, “Ray” və “Sideways” kimi beş filmin arasındadır. Ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasını üzrə digər namizədlər aktyor “Million Dollar Baby” filmində baş rolda çəkilmiş Klint İstvud, “Finding Neverland” filmində baş rolun ifaçısı Conni Dip, “Ray” filminə görə Ceymi Foks və “Hotel Rwanda” filmində baş rolda çəkilmiş Don Chedle-dir. Ən yaxşı qadın rolu ifaçısı kateqoriyasında Annet Beninq, İmelda Staunton, Hilari Svank, Katalina Sandino və Keyt Vinslet göstəriliblər. Qaliblərin adları fevralın 27-də keçiriləcək mükafatların təqdimat mərasimində açıqlanacaq.

XS
SM
MD
LG