Accessibility links

Azərbaycanda ABŞ-la biznes qurmaq mövzusunda konfrans keçirilib - 2005-01-26


ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəsətəyilə «ABŞ-la biznes qurmaq» mövzusunda konfrans keçirilib. Tədbirdə ABŞ–ın Azərbaycan və Ankaradakı səfirliyinin məsul şəxsləri, Azərbaycan hökumətinin təmsilçiləri və yerli biznesmenlər iştirak edib. ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib ki, Azərbaycanla ABŞ əsasən qlobal məsələrdə əməkdaşlıq edir.«Azərbaycanla ABŞ qlobal terrorizmi sahəsində əməkdaşlıq edir. Azərbaycan əsgərləri İraqa, Əfqanıstana, Kosovoya göndərilir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzərində birgə çalışırıq, enerji sektorunda əməkdaşlıq edirik. Neft-qaz ehtiyatlarının işlənməsində ABŞ şirkətləri çox yaxşı təmsil olunub. Ayrı-ayrı nazirliklər, o cümlədən iqtisadi inkişaf nazirliyi, maliyyə nazirliyi, neft fondu ilə gözəl əlaqələrimiz var. Bu nazirliklər vasitəsi ilə ölkyə texniki yardımlar göstəririk. Vətəndaş cəmiyyətinin və demokratiyaının inkişafı ilə bağlı Azərbaycan üçün çoxsaylı proqramlaramsız var». Səfir hesab edir ki, ABŞ və Azərbaycan biznesmenlərinin birgə iş qurması da vacib məsələlərdəndir.«2002-2003-cü illərdə iki ölkə arasında ticarət sahəsindəki artım 25 milyon dollar təşkil edib. İxrac isə cəmi 100 milyon dollar olub. ABŞ-la Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin indiki səviyyəsi hər iki ölkənin imkanlarına cavab vermir. Hesab edirəm ki, real imkanlardan hər iki ölkə faydalanmalıdır»-deyə o qeyd edib.

XS
SM
MD
LG