Accessibility links

Kondalisa Rays ABŞ-ın Dövlət Katibi təyin edildi - 2005-01-26


Prezident Buşun İraq siyasətinin hazırlanmasında roluna görə demokratlar tərəfindən kəskin tənqid edilən Kondalisa Rays bu gün Senat tərəfindən Birləşmiş Ştatların Dövlət Katibi vəzifəsinə təsdiq edildi. Səsvermə Senatda 9 saatlıq debatlardan bir gün sonraya təsadüf edir. Debatlar zamanı demokratlar xanım Raysı və Buş administrasiyasını İraqda onların dediyi kimi, “dəhşətli uğurusuzluqlar”a görə dəfələrlə tənqid etdilər. Demokratlar Buş administrasiyasını və Kondalisa Raysı müharibədən əvvəl amerikalıları İraqın silah proqramları olduğuna dair iddialarla aldatmaqda ittiham edirlər. Senatın demokrat nümayəndələri İraqda militantların zorakılıqlraı davam etdirməsindən narahatlıqlarını dilə gətirmişlər. Prezidentin mənsub olduğu Senatda əksəriyyət təşkil edən Respublikaçılar Partiyasının üzvləri isə Kondalisa Raysa dəstək nümayiş etdirərək onu Kolin Paueli əvəz edəcək layiqli namizəd hesab edirlər. Respubalikaçılar Kondolisa Raysın xarici siyasət sahəsində zəngin təcrübəyə malik olduğunu və prezident Buşun inanılmış adamlarından biri olduğunu deyirlər.

XS
SM
MD
LG