Accessibility links

İsraillə Fələstin arasında zirvə danışıqlarına hazırlıq gedir  - 2005-01-26


İsrail və Fələstin rəsmiləri Qüdsdə İsrailin baş naziri Ariel Şaron və Fələstin Muxtar İdarəsinin prezidenti Mahmud Abbas arasında zirvə toplatısının keçirilməsi barədə müzakirələr aparır. Fələstinin kabinet naziri Saeb Erakat görüşdən sonra müxbirlərə deyib ki, gələn həftə o, Ariel Şaronun yüksək vəzifəli yardımçısı Dov Veysglass ilə yenidən görüşəcək və onunla zirvə toplatısının gündəliyini müzakirə edəcək. İsrail isə bildirir ki, iki həftə sonra zirvə toplatısı təşkil ola bilər. Bu arada Fələstin rəsmiləri deyirlər ki, prezident Abbas təhlükəsizlik qüvvələrinin başçısına 10 gün müddətində İordan Çayının Qərb Sahilinin təhlükəsizliyinin təmini barədə sərəncam verib. Rəsmilər həmçinin bildirirlər ki, Fələstinin təhlükəsizlik qüvvələri Ramallah, Tulkam, Qalqilya və Ceriko şəhərlərinin təhlükəsizliyinə nəzarət edəcəklər. İsrail bu şəhərlərinin təhlükəsizliyini Fələstin Muxtar İdarəsinə təhvil verəcəyi barədəki xəbərləri hələlik təsdiq etməyib. Bu arada isç bildirilir ki, İsrail Fələstin yaraqlılarını məhv etmək üçün onlıarın hədəflərinə edilən hücumları dayandıracaq. Bu, 4 il əvvəl Fələstin-İsrail zorakılıqlarının başlanmasından bəri yaraqlıların İsraildən tələb etdiyi başlıca məsələlərdən biridir.

XS
SM
MD
LG