Accessibility links

ABŞ dövlət katibi rəsmən vəzifəsinə başladı - 2005-01-28


Bu gün Birləşmiş Ştatların dövlət katibi Kodoliza Rays and içərək, rəsmən vəzifəsinə başlayıb. Dövlət Departamentində təşkil edilən mərasimdə prezident Buş andı qəbul edən Ali Məhkəmənin hakimi Bader Ginsberqlə yanaşı dayanmışdı. And icdikdən sonra xanım Rays demişdir ki, Amerika Birləşmiş Ştatları dünyada azadlığın zəfəri kimi ağır bir missiyanın bir neçə nəslin işi olduğunu yaxşı başa düşür. Kondoliza Rays buna nail olunacağından əminliyini dilə gətirmişdir. Qeyd edək ki, ABŞ-ın 66-cı dövlət katibi və bu vəzifəyə təyin edilən ilk Afrika mənşəli qadın olan Kondoliza Raysın rəsmi andicmə mərasimi çərşənbə günü Ağ Evdə təşkil edilmişdi.

XS
SM
MD
LG