Accessibility links

İran Avropa dövlətlərinə xəbərdarlıq edib - 2005-01-29


İranın Ali rəhbəri həmin ölkənin nüvə proqramı ilə bağlı danışıqlar aparan Avropa dövlətlərinə xəbərdarlıq edib. Öz xəbədarlığında Ayətulla Əli Xamenei deyir ki, İran Fransa, Britaniya və Almaniya ilə əməkdaşlığa hazırdır. Amma Avropa dövlətlərinin bu danışıqlara ciddi yanaşmaması İranı əməkdaşlığa son qoymağa məcbur edə bilər. Avropa Birliyinin 3 üzvü iqtisadi və siyasi stimulların əvəzində Tehranı uran zənginləşdirilməsinə son qoymağa səsləmişdir. Birləşmiş Ştatlar isə İran hökumətini gizlincə atom silahları əldə etməyə can atmaqda günahlandırır. İran hökuməti nüvə proqramının sülhpərvər məqsədlərə xidmət etdiyini bəyan edərək buna ixtiyarı olduğunu bəyan edir. Dünən Beynəlxalq Nüvə Agentliyinin rəhbəri Məhəmməd əl Baradei Amerikanı Avropa Birliyi ilə İran arasında gedən danışıqlara qatılmağa çağırmışdır.

XS
SM
MD
LG