Accessibility links

Boris Berezovski Ukraynaya köçmək istəyir - 2005-01-29


Mühacirətdə yaşayan Rus biznesmeni Boris Berezovski siyasi sığınacaq tapdığı Britniyadan Ukraynaya köçməyi planlaşdırır. Cənab Berezovski deyir ki, o, Kiyevə gedərək öz doğulduğu Moskva şəhərinə yaxın olan Ukraynada məskunlaşmağa ümid edir. Özünün leqal statusundan söhbət açan cənab Berzovski deyib ki, o, siyasi qaçqın olaraq Cenevrə Konvensiyasını imzalamış və bütün dövlətlərdə, o cümlədən də Ukraynada toxunulmazlıq hüququna malikdir. Boris Berezovski Ukraynanın yeni rəhbərliyinin onu Rusiyaya təhvil verməyəcəyinə əmin olduğunu bildirib. Davosda səfərdə olan Ukrayna prezidenti Viktor Yuşçenko da öz növbəsində ölkəsinin yerli və beynəlxalq qanunlara hörmət edəcəyini bəyan edib.

XS
SM
MD
LG