Accessibility links

Gündəlik neft istehsalı olduğu kimi qalır - 2005-01-30


Neft ixrac edən ölkələr təşkilatı-OPEK neft hasilatının olduğu səviyyədə qalacağını elan edib. OPEK-ə sədrlik edən Küveytin neft naziri Şeyx Əhməd Fəhd Əl-Əhməd Əl-Sabah bildirib ki, 11 üzv ölkə gündəlik neft istehsalını 27 milyon barrel səviyyəsində saxlamaq qərarına gəlib. OPEK-in Vyana yığıncağında çıxış edən nazir üzv ölkələrin bu qərarını dünyada iqtisadi artıma ziyan vuran neft qiymətlərinin artması ilə izah edib.

XS
SM
MD
LG