Accessibility links

İspaniyada daha bir partlayış olub - 2005-01-30


Bu gün İspaniya mehmanxanalarının birində bomba partlayışı olub. Nəticədə bir adamın yaralandığı xəbər verilir. Rəsmi nümayəndələr partlayışdan əvvəl ETA serataist qrupunun nümayəndəsindən xəbərdarlıq zəngi aldıqlarını deyirlər. İki həftə bundan əvvəl İspaniyanın şimal bölgəsində maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə bir polis zabiti yaralanmışdı. Həmin hücumun da məsuliyyəti ETA qrupu üzərinə almışdı. Bask dövlətinin müstəqilliyi uğrunda mübarizə aparan bu qrup 800-dən artıq adamın ölümündə günahlandırılır.

XS
SM
MD
LG