Accessibility links

Anti-terror konfransına hazırlıqlar gedir - 2005-01-31


ABŞ, Britaniya, Fransa, Almaniya və Rusiya daxil edilməklə, 50 ölkədən nümayəndə heyətləri Səudiyyə Ərəbistanında keçirilən beynəxlaq anti-terror konfransına hazırlaşır. Fevralın 5-i işinə başlayacaq konfransı Səudiyyə şahzadəsi Abdulla açıq elan edəcək. Konfrans iştitakçıları qlobal terrorizmlə mübarizə və onun tanınması yollarını müzakirə edəcəklər. Silah və narkotik maddə qaçaqmalçılığı, habelə çirkli pulların yuyulması məsələlərinin konfransın diqqət mərkəzinə çəkiləcəyi gözlənilir. Yığıncağa Misir, Yəmən, Suriya, Mərakeş, İordaniya və Əlcəzair də daxil edilməklə, 14 ərəb ölkəsinin nümayəndə heyəti qatılacaq.

XS
SM
MD
LG