Accessibility links

Həmas yahudi yaşayış məntəqələrini atəşə tutub - 2005-01-31


Fələstrinin militant qrupu Həmas bildirir ki, İsrail əsgərlərinin fələstinli bir qızı məktəbi yaxınlığında öldürməsindən sonra bu gün Qəzzadakı yahudi yaşayış məntəqəsinə qarşı 5 dəfə minomyot hücumuna keçib. İsrailin bildirdiyinə görə, yaşayış məntəqəsi iki dəfə hücuma məruz qalıb, lakin xəsarət alan olmayıb. Şahidlər bu gün səhər 10 yaşlı fələstinli qızın İsrail əsgəri tərəfindən atəşə tutulduğunu deyirlər. İsrail isə bunu kəşfiyyat insidenti kimi izah edir. Bütün bunlara baxmayaraq, İsrail-Fələstin arasında bu gün keçiriləcək yüksək səviyyəli danışıqlar qüvvədə qalır.

XS
SM
MD
LG