Accessibility links

Gürcüstanda terror əməli 3 polisin ölümünə bais olub - 2005-02-01


Gürcüstan rəsmilərinin bildiridiyinə görə mərkəzi Qori şəhərində maşına qoyulmuş bomba partlayışı nəticəsində 3 polis işçisi ölmüş və 23 nəfər yaralanmışdır. Müdafiə naziri İrakli Okruaşvilinin dediyinə görə polis məntəqəsini dağıtmış bu partlayış yaxşı planlaşdırılmış terror əməlidir. Qori şəhəri Gürcüstanın paytaxtı Tbilisidən 80 kilometr şimal qərbdə yerləşir və Cənubi Osetiyanın daxil olduğu Şida Karitli regionunun başlıca yaşayış məntəqəsidir. Partlayış üçün məsuliyyəti heç kim öz üzərinə götürməyib. Lakin məlumdur ki, son zamanlar Cənubi Osetiyada hökumət qüvvələri ilə separatçılar arasında toqquşmalar geniş yer alıb. Belə ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili dövlət başçısı kimi Cənubi Osetiyanı və Abxaziyanı mərkəzi hökumətin nəzarəti altına gətirəcəyinə söz verib.

XS
SM
MD
LG