Accessibility links

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirib    - 2005-02-02


Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdədir. O Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Baş nazirin birinci müavini, Azərbaycan-Rusiya dövlətlərarası iqtisadi komissiyasının həmsədri Abbas Abbasovla görüuşüb, Bakı Slavyan universitetinə baş çəkib. Prezident İlham Əliyevlə Rusiya xarici işlər naziri Sergey Lavrov ikitərəfli əlaqələrin daha da inkişafı məsələlərini müzakirə edib. Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və Rusiya ilə Azərbavycan arasında həll olunmamış problem qalmayıb. Sergey Lavrov Rusiya tərəfinin Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini bəyan edib. «Biz praktiki bütün istiqamətlərdə müzakirələr apardıq. Ticarət-iqtisadi əlaqələrin inkişafı, əmtəə dövriyyəsində artımın müşahidə olunması, həmçinin energetika sahəsində gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik. Eyni zamanda, Rusiyada Azərbaycan ili çərçivəsində tədbirlər planı ətrafında danışdıq. Bu proqram elm, təhsil, mədəniyyət və başqa sahələrdə ikitərəfli əlaqələrin inkişafında azərbaycanlılarla rusların maraqlarını əks etdirir»-deyə o qeyd edib. Rusiya xarici işlər naziri ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqları müdaifə etdiyini bildirib. Azərbaycan Dillər Universitetində ABŞ səfirliyinin dəstəyilə "Beynəlxalq inteqrasiya: Azərbaycanın ali təhsil sistemində islahatlar" adlı beynəlxalq konfrans açılıb. Tədbirdə Azərbaycan hökumətiinin məsul şəxsləri, ABŞ, Böyük Britaniya, Fransa, İsrail, Almaniya və başqa qabaqcıl ölkələrin ali təhsil məsələləri üzrə ekspertləri, Azərbaycandakı diplomatik missiyaların nümayəndələri iştirak edib. Təhsil naziri Misir Mərdanov ali təhsil sistemində islahatların bütün ölkə ictimaiyyətinin marağında olduğunu bildirib. Onun fikrincə, Azərbaycanda ali təhsil sistemində islahat proqramının hazırlanmasında bu konfrans mühüm əhəmiyyət kəsb edəcək. ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş ali təhsil sahəsində islahatların vacibliyini önə çəkib. «ABŞ Azərbaycan təhsilində islahatlara yardım edir. Təhsil sahəsində islahatlar ümdə məsələdir və ABŞ bu islahatları dəstəkləyir»-deyə o vurğulayıb. NATO və Azərbaycan Xarici İşlər Nazirliyi "İqtisadiyyat, Təhlükəsizlik, Müdafiə - makroiqtisadi sabitləşmənin təhlükəsizlik aspektləri və struktur islahatları" mövzusunda birgə seminar keçirib. NATO baş katibinin təhlükəsizlik məsələləri üzrə müavini Patrik Hardouin bildirib ki, son vaxtlar Azərbaycan və Gürcüstan iqtisadi cəhətdən inkişafdadır. «Avropa kəşifyyat orqanlarının araşdırmalarpına görə, Azhərbaycan və Gürcüstan iqtisadiyyatı sürətlə inkişaf edir. Ona görə də, NATO ilk öncə bu ölkələrlə əməkdaşlığa üstünlük verir».

XS
SM
MD
LG