Accessibility links

Gürcüstan partlayışda xarici qüvvələrin əli olduğunu deyir - 2005-02-02


Gürcüstanın baş naziri Zurab Jvaniyanın bildirdiyinə görə dünən 3 polisin qətli və 25 nəfərin yaralanması ilə nəticələnən maşına qoyulmuş bombanın partladılmasında xarici elementlərin rolu təxmin edilir. Baş nazir deyib ki, rəsmilər Qori şəhərindəki bu partlayışın gürgüstanlılar və ya cənubi osetiyalılar tərəfindən həyata keçirildiyinə heç bir dəlil yoxdur. Bununla belə Gürcüstanın Münaqişələrin Həlli naziri Georgiy Xaindrava bu hücümün təşkilində və həyata keçirilməsində xaricdən dəstək verildiyini deyib. Cənab Xaindrava deyib ki, digər ölkələrdə Gürcüstanın beynəlxalq siyasətdə iştirakını istəməyən qüvvələr mövcuddur. O, Rusiyanın nəzərdə tutulmadığını bildirib.

XS
SM
MD
LG