Accessibility links

İsaril və Fələstin Misir prezidentinin təklifini qəbul edib - 2005-02-02


İsrailin Baş Naziri Ariel Şaron və Fələstin prezidenti Mahmud Abbas Misir prezidenti Hüsnü Mübarəkin zirvə toplatısının keçirilməsi barədəki təklifini qəbul ediblər. Baş nazir Şaronun idarəsi bildirir ki, Misir prezidenti Hüsnü Mübarək fevralın 8-də Qırmızı dəniz sahilinin kurort şəhəri Şarm Əl-Şexdə keçiriləcək zirvə toplatısına ev sahibliyi edəcək. Bu İisraillə Fələstin liderləri arasında 4 ildən bəri keçiriləcək ilk görüş olacaq. İordaniyadan verilən məlumata əsasən Kral Abdulla da bu toplantıda iştirak etmək üçün prezident Hüsnü Mübarəkin dəvətini qəbul edib. Bu yığıncaq Dövlət Katibi Kondoliza Raysın məntəqəyə edəcəyi səfəri ərəfəsinə təsadüf edir. Xanım Kondoliza Rays zirvə toplantısından bir gün əvvəl İsrailin baş naziri Ariel Şaron və Fələstin prezidenti Mahmud Abbasla ayrı-ayrılıqda görüşəcək. Keçən ay cənab Mahmud Abbas prezident seçildikdən sonra Fələstin yaraqlılarının İsrailə qarşı etdikləri hücumların qarşısını almaq üçün səy göstərəcəyini bildirdi. Bundan sonra iki tərəf arasında zirvə toplatısının keçirilməsi ideyası meydana çıxdı. İsrail Fələstin ərazisinə etdiyi hücunmları dayandıracağını və İordan Çayının Qərb Sahilinin beş şəhərindən hərbi qüvvələrini çıxaracağını bildirib.

XS
SM
MD
LG