Accessibility links

Seçkilərdə şiələr üstünlük təşkil edir - 2005-02-05


İraqın seçki komissiyası ölkədə keçirilən tarixi seçkilərin nəticələrini qarşıdan gələn cümə axşamı açıqlamağı planlaşdırır. Erkən nəticələr göstərir ki, aparıcı şiə koalisiyası olan Birləşmiş İraq Alyansı səslərin üçdə ikisini qazanıb. Müvəqqəti baş nazir Əyad Ələvinin başçılıq etdiyi qrup isə 20 faizdən az seçicinin dəstəyini əldə edib. Bu arada İtalya jurnalist Culiyana Sqreananın taleyi haqda xəbər arayır. Xanım Sqreana dünən Bağdadda girov götürülüb. İslamçı Cihad Təşkilatı adlanan bir qrup İnternet səhifəsində bu oğurlanma aktı üçün məsuliyyəti öz üzərinə götürüb. Həmin qrup İtalyadan qoşunlarını İraqdan çıxarmağı tələb edir. Bu gün İraqda baş verən zorakılıqlar Bəsrədə 4, Samarrada isə 3 İraq qvardiyaçısının ölümünə bais olub. Baycı şəhərində gedən döyüşlərdə isə iki Amerika əsgəri həyatını itirib.

XS
SM
MD
LG