Accessibility links

Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç Azərbaycanda səfərdədir - 2005-02-07


Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçın başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana üçgünlük səfərə gəlib. Səfər zamanı cənağ Arınc Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərov və prezident İlham Əlievlə görüşlər keçirəcək. Bülənt Arınç Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən razı qaldığını bildirib. O bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyini müdafiə edib və bu siyasət dəyişməyəcək. Cənab Arınç həmçinin bu il fevralın 26-da TBMM-də Xocalı soyqırımı ilə əlaqədar müzakirələr açılacağını deyib. Türkiyə parlamentinin sədri Azərbaycanda türk iş adamlarına yaradılmış şəraiti yüksək qiymətləndirib. «Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq, Avropaya inteqrasiyada mühüm rol oynayacaq, qardaş respublikanı regionda ən nüfuzlu dövlətə çevirəcəkdir»-deyə o qeyd edib.

XS
SM
MD
LG