Accessibility links

NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycanın bu qurumla geniş diapozona malik əlaqələrinin olduğunu bildirib - 2005-02-08


NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayndəsi Robert Simmons Azərbaycanda səfərdədir. O ölkə prezidenti İlham Əliyevlə, xarici işlər, müdafiə nazirlərilə və Sərhəd Qoşunlarının rəhbərliyi ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan NATO münasibətləri müzakirə olunub. Səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan xirici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan tərəfinin xüsusi nümayəndə ilə aparılan müzakirələrdən məmnun olduğunu bildirib. Rober Simmons isə NATO tərəfinin əlaqələrin indiki səviyəsindən və statusundan razı qaldığını bildirib. Onun sözlərinə görə, Azərpbaycanın NATO ilə geniş diapozona malik əlaqələri var.“Azərbacan NATO ilə fərdi əməkdaşlıq planına qoşulmaq üzrədir. Hazırda bu plan müzakirə üçün NATO Şurasına təqdim olunub. Fərdi əməkdaşlıq planı Azərbaycanla ciddi əməkdaşlığı nəzərdə tutur. Səfərim zamanı bu planın səmərəli həyata keçirilməsi üçün bütün aspektləri müzakirə etdim. Bu il fevralın sonunda isə NATO-nun Birləşmiş Komandanlığında dövlət başçıları ilə əlaqələrin daha geniş müzakirəsi planlaşıdırılır”.

XS
SM
MD
LG