Accessibility links

Amerika Kenyaya anti-korrupsiya yardımını dayandırıb - 2005-02-08


Amerika Birləşmiş Ştatları Kenya hökumətinə anti-korrupsiya proqramı ilə bağlı ayırdığı 2.5 milyon dolların verilməsini dayandırıb. Bu Kenya prezidentinin rüşvətxorluq məsələləri üzrə müşavirinin istefa verməsindən sonra baş verib. Amerikanın həmin ölkədəki səfiri Vilyam Bellami Vaşınqton bu addımını Kenya hökumətinin korrupsiyaya qarşı mübarizədə qeyri-ciddi olması ilə izah edir. Xatırladaq ki, dünən Kenyalı müşavir Con Githonqo rəsmilərə istefa məktubu göndərmiş, lakin bu məktubda öz istefasının səbəblərini açıqlamamışdır.

XS
SM
MD
LG