Accessibility links

"Kommersant"a xəbərdarlıq veriləcək - 2005-02-09


Rusiyann səlahiyyətli nümayəndələri gündəlik “Kommersant” qəzetinə rəsmən xəbərdarlıq veriləcəyini bildirirlər. Belə ki, qəzet səhifələrində axtarışda olan çeçen separatistlərinin lideri Aslan Məshədovla müsahibəyə yer verib. İnterfaks xəbər agentliyinin məlumatında deyilir ki, Aslan Məshədov Rusiya qanunlarına zidd olaraq terrorizmə bəraət qazandıraraq, hücumlarını davam etdirəcəyi ilə bağlı hədə-qorxular gəlib. Bazar ertəsi dərc edilən müsahibədə çeçen lideri Çeçenistan müharibəsinə son qoyulması məqsədi ilə hökuməti sülh danışıqlarına çağırıb. Rusiya rəsmiləri separatistləri terrorçu adlandıraraq, onlarla müzakirələrin qəbuledilməz olduğunu deyirlər.

XS
SM
MD
LG