Accessibility links

Toqonun yeni prezidenti azad və ədalətli seçkilər istədiyini deyir - 2005-02-09


Toqonun yeni prezidenti Faur Qnassinqbe seçkilərin çox tez bir zamanda keçiriləcəyinə söz verib. Ölkədə isə ümutətillər ikinci gündür davam edir. Bu gün bütün bizneslər və dükanlar bağlıdır. Bu gün xalqa etdiyi ilk müraciətində cənab Qnassiqbi deyib ki, o, seçkilərin azad və ədalətli keçirilməsini istəyir. Lakin o, yeni prezidentin səsvermə yoli ilə seçiləcəyi barədə heç nə deməyib. Şənbə günü atasının vəfatından sonra Qnassinqbinin hakimiyyəti ələ keçirməsinə müxalifət etiraz edir. Bazar günü qanunvericilər onun atasının vəfatından sonra 2008-ci ilə qədər dövləti idarə etməsinə yol açan dəyişikliklərlə bağlı yığıncaq keçirmişdi. Afrika, Avropa və Birləşmiş Ştatlar rəsmiləri bunun Toqo konstitusiyasının əleyhinə olduğunu deyərək, təcili şəkildə seçkilər keçirilməsinə çağırmişlar.

XS
SM
MD
LG