Accessibility links

İranlılar 1979-cu il inqilabını qeyd edirlər - 2005-02-10


İran prezidenti Məhəmməd Xatəmi İslam inqilabının 26-cı ildönümündə çıxış edərək xəbərdarlıq edib ki, İrana hücum edənləri cəhənnəm odu gözləyir. Bu gün Tehranın mərkəzində 10 minlərlə insanın qarşısında çıxış edən Xatəmi deyib ki, İslam Respublikası müharibə, zorakılıq və münaqişə istəmir. İran hazırda özünü nüvə proqramı ilə bağlı təzyiqlərlə üzləşir. Belə ki, ABŞ bu ölkəni atom bombası əldə etməyə can atmaqda ittiham edir. Əgər danışıqlar müsbət nəticə verməzsə, Prezident Buş hərbi qüvvədən istifadəni istisna etməyib. Bu arada Almaniyada min nəfər İranlı 1979-cu il inqilabının ildönümünü etiraz aksiyaları ilə qeyd ediblər. Mücahiddin Xalq qrupunu dəstəkləyən etirazçılar nümayişi Berlinin Bradenbuq Qapısı adlı yerdə keçiriblər. Qeyd edək ki, Amerika və Avropa Birliyi Mücahiddin-e Xalq qrupunu terrorçu təşkilat hesab edir.

XS
SM
MD
LG