Accessibility links

Gürcüstan parlamenti səsverməni təxirə saldı - 2005-02-11


Gürcüstan parlamenti prezident Mixail Şaakaşvilinin baş nazirliyə namizəd göstərdiyi Zurab Noqaidelinin səsverməsini gələn həftəyədək təxirə salıb. Assoşieyted press parlament üzvlərindən birinə istinadən bildirib ki, səsvermə artıq ikinci dəfədir ki, təxirə salınır. Cənab Noqaideli keçən həftə dünyasını dəyişən Zurab Jvaniyanı əvəz etməlidir. Parlament gələn həftə baş nazirliyə digər namizədləri də nəzərdən keçirəcək. Birləşmiş Ştatların Federal Təhqiqat Bürosunun Gürcüstandakı ekspertləri sabiq baş nazirin ölümünün səbəbinin araşdırılmasına yardım edirlər.

XS
SM
MD
LG