Accessibility links

Bağdadın cənubunda 17 nəfər partlayış nəticəsində həlak olub - 2005-02-12


İraq polisi xəbər verir ki, Bağdadın cənubunda baş verən partlayış nəticəsində 17 adam həyatını itirib. Rəsmilərin bildirdiyinə görə maşına qoyulmuş bomba İraq paytaxtından 55 kilometr cənubda yerləşən Müseyib qəsəbəsinin xəstəxanası yaxınlığında baş verib. Nəticədə həmçinin 20 nəfər yaralanıb. Bu gün erkən isə Bəsrədə maskalı hücumçular Səddam Hüseyn rejimi dövründə hakim kimi çalışmış Taha əl-Əmiri qətlə yetiriblər. Bu arada polis xəbər verir ki, Mosulda başından və sinəsindən güllə yarası almış 6 İraqlının cəsədi aşkar edilib. Bu zorakılıq aktları İraqda Şiə müsəlmanlarını hədəfə almış hücumdan bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG