Accessibility links

Separatçı Abxaziyada prezidentin andiçmə mərasimi keçirilib - 2005-02-12


Gürcüstandan müstəqilliyini elan etmiş separatçı Abxaz Respublikasının prezidenti təmsil etdiyi qurumu beynəlxalq ictimaiyyət tərəfindən tanıtdıracağına və Rusiya ilə sıx əlaqələr quracağına söz vermişdir. Bu bəyanatı uzun müddətli qalmaqaldan sonra ötən Yanvar ayında yeni seçkilərdə qələbə çalmış Sergey Baqapş andiçmə mərasimində verib. Həmin zaman cənab Baqapşla o biri namizəd Raul Xacimba arasında seçkilərin nəticələri ilə bağlı münaqişə yaranmışdı. Sonradan hər iki namizəd seçkilərə tərəfdaş kimi getmək haqda razılığa gəldilər.

XS
SM
MD
LG