Accessibility links

Rusiyada nümayişlər davam edir - 2005-02-12


Rusiyada Sovet dövrü pensiya sistemində məhdudiyyətlərə etiraz olaraq, yüz minlərlə adam nümayişə çıxıb. Rusiyanın xəbər agentlikləri Daxili İşlər Nazirliyinə istinadən bildirirlər ki, Moskva, Sankt-Peterburq, Ural regionu, Sibir və Uzaq Şərqdə keçirilən nümayişlərdə 257 000 adam iştirak edir. Yeni ildən qüvvəyə minən islahatlar özündə nəqliyyat subsidiyalarının nəğd pulla əvəz edilməsini cəmləşdirir. Rusiya prezidenti Vladimir Putin federal və regional rəsmiləri yeni sistemin təşkilində problemlər yaratdıqlarında günahlandırıb.

XS
SM
MD
LG