Accessibility links

ABŞ prezidenti sosial təminat planının təsdiqinə çağırır - 2005-02-12


Prezident Buş həftəlik radio müraciəti zamanı konqresi təqaüd sisteminin özəlləşdirilməsi planının təsdiqinə çağırıb. Prezident bir daha sistemin iflasa uğrayacağı barədə xəbərdarlıqlarını təkrar edərək, vergilərdən alınan gəlirin imtiyaz xərclərindən qat-qat az olduğunu bildirib. ABŞ prezidenti Corc Buş deyib ki, əgər konqres bunu təsdiq etməsə, hökumət vergiləri yüksəltmək, borc götürmək və ya sosial təminatları ixtisar etməyə məcbur olacaq. Xatırladaq ki, prezidentin planı gənc işçilərin sosial təminatın özəl sektoruna sərmayə qoymalarını nəzərdə tutur.

XS
SM
MD
LG