Accessibility links

İrandan olan qaçqın kürdlər İraq-İordaniya sərhəddində qalıblar - 2005-02-13


BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, İraq-İordaniya sərhədində ilişib-qalmış 102 İranlı kürd qaçqının taleyi onu ciddi narahat edir. Agenltiyin Cenevrədəki baş qərərgahından müxbirimiz Lisa Sklein xəbər verir ki, qaçqınlar son dörd həftə ərzində 3 ayrı-ayrı qrupla bu əraziyə toplaşıblar. BMT-nin Qaçqınlar üzrə Agentliyi İrandan olan kurd qaçqınları arasında 5 hamilə qadın və çoxlu uşağın olduğunu bildirir. Ageniliyinin sözçüsü Ron Redmond deyir ki, bu insanlar İraqda üzün müddət fəaliyyət göstərən Əl- Taş qaçqın düşərgəsində qalırdılar. Bu düşərgə bir vaxtlar ağır döyüşlərin getdiyi Falluca şəhərinin 60 kilometrliyində, Ramadinin isə 12 kilometrliyində yerləşir. O deyir: “Biz inanırıq ki, bu vəziyyət noyabr ayında baş verən hadisələrin qorxusu nəticəsində yarandı və onlar sərhədə köçməli oldular. Lakin biz onların nəyə görə qaçdıqlarının səbəbini əminliklə müəyyən etmək istəyirik, hərçənd güman edirik ki, bu zorakılıqlarla bağlıdır.” Cənab Redmond İordaniyanın nə kürd qaçqınlarına həmin ölkəyə daxil olmağa nə də sərhəddə bu qrupun Əl-Taşdan olan 600-dən çox qaçqınlar dəstəsinə qoşulmağa icazə vermədiyini bildirib. Bu qaçqınlar artıq bir il yarımdır ki, heç kimə mənsub olmayan iki dövlət arasındakı bir ərazidə yaşayırlar. O əlavə edib ki, BMT-nin Qaçqınlar Məsələsi Agentliyi İraq tərəfdə olan qaçqınlara kömək məsələsini nəzərdən keçirir. Cənab Redmond Agentliyin bu qaçqınları İraqın şimalına köçurmək və ya yenidən Əl-Taşa göndərmək kimi bir neçə variantı müzakirə etdiyini deyib. Eyni zamanda o deyib ki, İraq və İordaniya qaçqınlara ərzaq və tibbi xidmət sarıdan kömək etməlidir.

XS
SM
MD
LG