Accessibility links

Təbii fəlakət nəticəsində minlərlə adam itkin düşüb - 2005-02-13


Cumə axşamı Pakistanda baş verən güclü qar qasırğası və sel nəticəsində 300-dən çox adamın həlak olduğu xəbər verilir. Pakistan artıq itkin düşənlərin axtarışını dayandırmışdır. Hərbiçilər Baluçistan vilayətinin cənubqərbində geniş əməliyyatlara başlayıb. Şakidor Bəndinin partlaması nəticəsində artıq 250 adamın həlak olduğu təsdiq edilib. Suyun kəndləri bütövlüklə yuyub dənizə aparması nəticəsində minlərlə insanın itkin düşdüyü, on minlərlə insanın isə evsiz-eşiksiz qaldığı bildirilir. Şimalda isə güçlü qar qasırğası nəticəsində 90 nəfərin həlak olduğu bildirilir.

XS
SM
MD
LG