Accessibility links

Nüvə istehsalı ilə məşğul olan dövlətlərə qarşı daha kəskin addımlar atılacaq - 2005-02-13


Cənab Annan bildirib ki, Nüvə Materiallarının Yayılmaması haqda müqavilə bu fenomenin qarşısını almağa kifayət etmir. Bunun üçün yeni birgə əməliyyat planı və sərt təftiş qaydaları işlənib hazırlanmalıdır. Onun Almaniyada keçirilən təhlükəsizlik konfrasında deyilən bu sözləri Şimali Koreyanın və İranın nüvə proqramları ilə bağlı narahatçılıqların artdığı vaxta təsadüf edir. Almaniya Xarici İşlər Naziri Yoşka Fişer İrana qarşı daha kəskin mövqe nümayiş etdirərək deyib ki, əgər həmin ölkə uran zənginləşdirməsini bərpa etsə onda bu məsələ BMT Təhlükəsizlik Şurası qarşısında qaldırılacaq. Artıq bir müddətdir ki, Almaniya, Fransa və Britaniya Tehranı nüvə silahları inkişaf etdirməkdən daşındırmaq məqsədilə danışıqlar aparırlar. Bu danışıqlarda iştirak etməyən Birləşmiş Ştatlar isə Tehrana rəğmən daha sərt xətt yürüdür.

XS
SM
MD
LG