Accessibility links

İranda baş verən partlayış hücum deyil - 2005-02-16


İran rəsmilərnin bildirdiyinə görə Deylam liman şəhərində baş verən partlayış hücum deyil, tikinti işlərinin səbəb olduğu qəzadır. Qeyd edək ki, hadisə Rusiya və İranın birgə inşa etdiyi nüvə reaktorunın yerləşdiyi vilayətdə baş verdiyi üçün böyük narahatlığa səbəb olmuşdur. Dövlət televiziyasının məlumatında deyilmişdi ki, şəhər sakinləri partlayış baş verdiyi vaxt şəhər üzərindən uçan təyyarə görmüşdülər. Xəbərdə bildirilmişdi ki, partlayışa səbəb İran təyyarəsinin yanacaq bakının düşməsi ola bilər.

XS
SM
MD
LG