Accessibility links

Girov götürülən italyan jurnalisti ölkəsinə müraciət edir - 2005-02-16


İraqda iki həftə əvvəl girov götürülən italyan junalisti Juliana Sgrenanın lentə alındığı video kaset yayımlanıb. Yorğun görünən və ara-sıra ağlayan jurnalist İtaliya və digər ölkələrə müraciət edərək, qoşunlarını İraqdan çıxarmağa və onun həyatını xilas etməyə çağırıb. İl Manifesto qəzetinin müxbiri Sgrenanın arxasında ərəb dilində Sərhədsiz Mühacirlər adlı heç kimə məlum olmayan bir qrupun adı yazılmışdı. Bu gün İtaliya parlamenti iyun ayının 30-dək İraqdakı hərbi əməliyaytlarının davam etdirilməsi məsələsini təsdiq edib. Eyni zamanda İraqın siyasi liderləri yeni hökumətin təşkili ilə bağlı razılıq əldə etməyə çalışırlar.

XS
SM
MD
LG