Accessibility links

Livan müxalifəti azadlıq mübarizəsinə səsləyir - 2005-02-18


Suriya prezidenti Bəşar Əssad milli kəşfiyyat idarəsinin başçısı vəzifəsinə öz qaynı Asəf Şövkəti təyin edib. Briqada generalı cənab Şövkət Livandakı 14 000 əsgərdən ibarət qüvvə də daxil edilməklə, Suriyanın silahlı qüvvələrinin nəzarətini əlinə alacaq. Bu təyinat Livanın keçmiş baş naziri Rəfiq Həririnin qətlindən bir neçə gün sonraya təsadüf edir. Hadisə beynəlxalq ictimaiyyətin diqqətini Suriyanın Livana siyasi və hərbi müdaxiləsinə yönəltmişdir. Livan müxalifəti Suriya tərəfdarı hökuməti istefa verməyə, xalqı isə istiqlaliyyət uğrunda mübarəzəyə səsləyib.

XS
SM
MD
LG