Accessibility links

Koalisiya qüvvələri İraqın əl-Anbar vilayətində təhlükəsizlik əməliyyatı keçirirlər - 2005-02-20


Birləşmiş Ştatların hərbi qüvvələri İraqın qərbi əl-Anbar vilayətində irimiqyaslı təhlükəsizlik əməliyyatına başlamışlar. Əməliyyata vilayət paytaxtı Ramadidə komendant saatının tətbiq edilməsi və Fərat çayı sahillərində yerləşən bir neçə şəhərdə təhlükəsizlik ölçülərinin götürülməsi daxildir. Blitz Çayı adlanan bu əməliyyata İraq təhlükəsizlik qüvvələri də iştirak edirlər. Amerika Marinlərinin general-mayoru Riçard Natonski bildirib ki, İraq hökuməti bu əməliyyatın keçirilməsini xahiş edib. Qeyd edək ki, Bağdaddan 110 kilometr qərbdə yerləşən Ramadi şəhəri terrorçuların istehkamı kimi tanınır. Başqa xəbərdə deyilir ki, əl-Anbar vilayətində aparılan əməliyyat zamanı bir Amerika marini həlak olub. Dünən qiyamçılar Bağdad və onun ətrafında 40-dan çox insanı qətlə yetiriblər.

XS
SM
MD
LG