Accessibility links

Iranda zəlzələ nəticəsində ölənlərin sayı artır - 2005-02-23


İranın cənubşərqdində dünən baş verən güclü zəlzələ nəticəsində həlak olanmların sayı 700-ə yüksəlib. Hava şəraitinin yağmurlu və şaxtalı keçməsi xilasetmə işlərinə əngəl törədir. Rixter şkalası ilə 6,4 bal gücündə olan zəlzələnin episentri Kerman vilayətinin Zərənd şəhərinin yaxınlığında idi. Zəlzələ nəticəsində Hudkan, İslamabad, Dahuniyyə daxil olmaqla onlarla kənd dağılıb. 900 nəfərin də müxtəlif bədən xəsarəti aldığı bildirilir. Amerikanın bu gün nəşr etdiyi qəzetlərinin birinci səhifələrində bu barədə ətraflı məlumat verilir. Qəzetlər yazırlar ki, zəlzələnin dəhşətindən adamların çoxu bütün gecəni açıq havada keçirib. Prezident Buş Almaniyada olarkən İranda baş vermiş zəlzələ barədə məlumat alarkən insan itgisinə görə olduqca kədərləndiyini bildirib. O, deyib ki, Birləşmiş Ştatlar zəlzələdən zərərçəkənlərə yardım etməyə hazırdır. Prezident Məhəmməd Xatəmi bildirib ki, İran zəlzələdən zərər çəkənlərə xarici ölkələrdən yardımı qəbul edə bilər. Dünənki təbii fəlakət 2003-ilin dekabr ayında dağıdıcı zəlzələyə məruz qalan Bəm şəhərinin yaxınlığında baş verib. İran əsgərləri bu gün dağıntıların altından iki qadını xilas edib. Hazırkı anda başlıca sual budur - Nəyə görə İran hökuməti xalqı zəlzələlərdən qoruya bilmir? Bu sual Bəmdə baş verən şiddətli zəlzələdən sonra verilib. İran kəndlərində inşa edilən evlərin çoxu palçıqdandır. Onlar da yer altı təkanlar baş verən kimi dağılır.

XS
SM
MD
LG