Accessibility links

ABŞ və Rusiya prezidentlərinin Bratislavada zirvə görüşü oldu - 2005-02-24


Prezident Buş və Rusiya prezidenti Vladimir Putin Bratislavada zirvə görüşündən sonra mətbuat konfransı keçirdilər. Görüşün və mətbuat konfransının əsas mövzuları demokratiyanın gücləndirilməsi, terrorizmə qarşı mübarizə və nüvə silahlarının yaylımasının qarşısının alınması olmuşdur. Müxbirlərin suallarına cavaba verən prezident Buş azad mətbuat və qanunun aliliyi prinsiplərinin əhəmiyyətini vurğulamışdır. O, Moksvanın demokratiya məsələlərinə münasibətilə bağlı narahatlığını cənab Putinin diqqətinə çatdırmışdır. Vladimir Putin öz növbəsində, Rusiyanın demokratiya yoluna keçid barədə birdəfəlik qərar verdiyini və geriyə yol olmadığını demişdir. Prezident Buş İran məsələsinin diplomatik yolla həll oluna biləcyinə inandığını dilə gətirərək demişdir ki, ABŞ və Avropa İranın nüvə silahına mailk olmamalı olduğu haqda razılığa gəlmişlər. Zirvə görüşündən əvvəl ABŞ Dövlət katibi Kondoliza Rays və Rusiyanın Müdafiə naziri Sergey İvanov çiyində daşınan raketlər qaçaqmalçılığı ilə mübarizə haqda razılaşma imzalayıblar.

XS
SM
MD
LG