Accessibility links

Çin əhali sayına görə birincilik əldə edəcək - 2005-02-25


Birləşmiş Millətlər Təşkilatının son hesabatında deyilir ki, 2030-cu ilədək əhalisinin sayına görə Hindistanı ötən Çin dünyanın ən çox əhalisi olan ölkəsi olacaq. Hesabatda dünya əhalisinin ümumi sayının 9.1 milyard nəfər artacağı və 2050-ci ildə bu göstəricinin bügünkü ədəddən 40 faiz artıq olacağı təxmin edilir. Əhali artımı əsasən inkişaf etməkdə olan ölkələrdə gözlənilir. Hesabatda Əfqanıstan, Burkina Faso, Çad, Konqo, Şərqi Timor və digər ölkələrdə əhali sayının 3 dəfə artacağı deyilir.

XS
SM
MD
LG