Accessibility links

Tel Əvivdə güclü partlayış törədilib - 2005-02-26


İsrail və Fələstin hərbçiləri cümə günü gecə 4 israillinin ölümünə səbəb olan bomba partlayışında əli olmaqda şübhələnilən 8 nəfəri həbs etmişlər. Dünən axşam özünə bomba bağlamış intiharçı Tel-Əvivin dənizkənarı gecə klubu yaxınlığında güclü partlayış törətmişdi. Dörd nəfərin ölümü və onlarla insanın yaralanmasına səbəb olan partlayış Yaxın Şərq sülh prosesini təhlükə altına qoyub. Fələstinin təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə partlayışda əli olmaqda şübhələnilən 2 nəfər bu gün Tulkarem şəhəri yaxınlığındakı kənddə həbs edilmişdir. Eyni zamanda İsrail rəsmiləri deyirlər ki, həbs edilənlərdən ikisi qardaş, qalanları isə qonşular olub və onlar Qərb Sahilinin sakinləridir. Dünən gecə Tel-Əvivin gecə klubunda baş verən bomba partlayışı qeyri-rəsmi sülh müqaviləsini pozub. Fələstin prezidenti Mahmud Abbas təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili yığıncaq keçirərək bu əməlin məsuliyyətini üçüncü tərəf - autsayderlərin üzərinə qoymuşdur. Belə ki, militant qrupları olan Həmas, İslami Cihad və Əl-Əqsa Şəhidlər Briqadası bu partlayışda əli olmadıqlarını bildirib. Fələstinin bəzi rəsmilərinin partlayışın Hezbullah qrupu tərəfindən törədildiyini deməsinə baxmayaraq, livanlı militant qrup ona qarşı irəli sürülən ittihamı rədd edir.

XS
SM
MD
LG