Accessibility links

Səddam Hüseynin ögey qardaşı ələ keçirilib - 2005-02-27


İraq rəsmilərinin bildirdiyinə görə bu gün ölkənin təhlükəsizlik qüvvələri Səddam Hüseynin keçmiş müşaviri qismində çalışmış ögey qardaşını ələ keçiriblər. Sabavi İbrahim əl Həsənin həbsi barədə detallar hələlik açıqlanmayıb. İraq hökuməti iddia edir ki, bu şəxs İraqlıların öldürülməsində, onlara işgəncə verilməsində və çoxlu sayda terror əməliyyatlarının həyata keçirilməsində mühüm rol oynamışdır. Səddam Hüseyn dönəmində xüsusi xidmət idarəsinin rəhbəri olmuş Sabavi İbrahim əl Həsən Amerikanın İraqda barəsində axtarış elan etdiyi 36 fərddən biridir. Onun başına bir milyon dollar mükafat qoyulmuşdu. Başqa xəbərdə, şimali Mosul şəhərindəki polis məntəqəsində baş verən bomba partlayışı nəticəsində ən azı 5 İraqlı həlak olub. Ölənlərin arasında iki mülki vətəndaş var. Birləşmiş Ştatlar isə dünən Bağdadın cənub şərqində 2 Amerika əsgərinn öldürüldüyünü və 2-nin yaralandığını xəbər verir.

XS
SM
MD
LG