Accessibility links

Tacikistanda parlament seçkiləri keçirilir - 2005-02-27


Bu gün Tacikistanda seçicilər parlamentin aşağı palatasına keçirilən seçkilərdə iştirak edirlər. 63 yerdən ibarət olan palata uğrunda 6 partiya mübarizə aparır. Amma siyasi mütəxəssislər güman edirlər ki, Prezident İmoməli Raxmonovun hakim Milli Demokrat Partiyası əksər üstünlüyü əlində saxlayacaq. Ölkədə başlıca müxalif qüvvə olan İslam Renessansı partiyası qanunverici palatada yalnız iki yerə malikdir. Seçki nümayəndlərinin bildirdiyinə görə günortayadək seçicilərin 55 faizi səs verib ki, bu da 50 faizlik kvorumun əldə olunduğunu göstərir. Seçkilərdə səs verən prezident Raxmonov söyləyib ki, bu seçkilər həqiqətən də azaddır. İlkin nəticələrin sabah açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG