Accessibility links

Pakistan qüvvələri 15 terrorçu şübhəlisini həbs ediblər  - 2005-02-27


Pakistan təhlükəsizlik qüvvələri Bəlucistanda baş verən silsilə partlayışlarda əli olmaqda şübhələnilən 15 nəfəri həbs edib. Polisin veridiyi məlumata görə bu gün Kvetta şəhəri yaxınlığında həbsə alınan şəxslərin militantlarla əlaqələri var. Polis həmçinin Marri qəbiləsinin üzvünün evinə reyd etmişdir. Həmin evdə aparılan axtarış zamanı onlarla mərmi, avtomat və sursat aşkar edilmişdir. Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə son zamanlar bu qəbilə cənub qərb regionunda muxtariyyət tələb edərək bir neçə hücum həyata keçirmişdir. Ötən Şənbə günü hücumçular Qvetta şəhərində yerləşən radio stansiyanın pəncərəsindən içəri qumbara atmışlar. Nəticədə dağıntılar baş versə də, xəsarət alan olmayıb.

XS
SM
MD
LG