Accessibility links

Azərbaycan müxalifəti Elmar Hüseynovun qətlilə əlaqədar etiraz aksiyalarına çağırır - 2005-03-03


Elmar Hüsyenov dünən yaşadığı evin blokunda silahdan açılmış atəşlə qətlə yetirilib. Prezident İlham Əliyev qətllə əlaqədar təhqiqat aparılması haqda sərəncam verib və hücumu dövlət əleyhinə təxribat adlandırıb. Elmar Hüseynov böhtan ittihamı ilə həbs edilmiş, dövlət nəşriyyat evlərinə “Monitor” jurnalını çap etmək qadağan edilmiş və baş redaktor yazılarına görə cərimə ödəməli olmuşdu. Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırıldığını deyib və bildirib ki, belə görünür, Elmar Hüseynovun qətli yaxşı təşkil edilib hazırlanmır bir aksiyadır. ATƏT qətlə görə şok keçirdiyini və tez bir zamanda təhqiqat aparılacağını gözlədiyini bəyan edib. “Vaşinqton Post” qəzetinin bugünkü nömrəsində Elmar Hüsyenovun qətlilə əlaqədar məlumat verilib. Vaşinqton Post yazır ki, “Monitor” jurnalı bir neçə dəfə bağlanmış, siyasətçilər və biznesmenlər haqda yazdığı məqalələrə görə dəfələrlə cərimə edilmişdi. Məlumatda Elmar Hüseynovun Bakı şəhər merinə böhtan ittihamı ilə 6 ay həbs cəzasına məhkum olunduğunu yazır. Qəzet yazır ki, 2003-cü il atasının vəfatından sonra hakimiyyət başına keçən prezident İlham Əliyev hakimiyyəti əlində möhkəm saxlayır.

XS
SM
MD
LG