Accessibility links

İraqda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı - 2005-03-03


İraqın müvəqqəti hökuməti ABŞ hərbi qüvvələri və İraqın təhlükəsizlik qüvələrinin militantlara qarşı əməliyyatları davam etdirdiyi bir zaman ölkədə fövqəladə vəziiyəti daha 30 gün müddətinə uzadıb. Noyabr ayında tətbiq edilmiş fövqəladə vəziyyət şimalda kürd rayonlar istisna olmaqla, mart ayının 31-ə qədər davam edəcək. Bu arada, Bağdadda Daxili İşlər nazirliyinin yaxınlığında aralarında iki dəqiqə fasilə olmaqla, bomba partlayışları baş verib. Hadisə nəticəsində beş polis nəfəri həlak olub, beş nəfər yaralanıb. Şimalda Baquba şəhərində yerli polis qərargahının yaxınlığında baş vermiş daha bir bomba partlayışı zamanı bir nəfər həlak olub, azı 14 nəfər yaralanıb. Bu arada, Birləşmiş Ştatların hərbi qüvvələri çərşənəbə günü Bağdad ətrafında baş vermiş insidentlər zamanı üç Amerika əsgərinin həlak olduğunu bildirib.

XS
SM
MD
LG