Accessibility links

Türkiyə təhlükəsizlik qüvvələri PKK üzvləri ilə toqquşub - 2005-03-04


Türkiyə təhlükəsizlik qüvvələri ölkənin dağlıq cənub-şərq regionunda gedən döyüşlər zamanı iki Kürd üsyançısını öldürüb. Hərbi rəsmilər deyir ki, toqquşma bu gün İraqla sərhəddə yerləşən Sirnak vilayətində baş verib. Sirnak qubernatorunun idarəsinin bildirdiyinə görə öldürülən şəxslər PKK təşkilatına məxsusdur. Türkiyə hökumətinin sülh danışıqlarına daxil olmaqdan imtina etməsi ötən İyundan başlayaraq Türk hökumət qüvvələri ilə Kürd qiyamçıları arasında gedən döyüşlərin şiddətlənməsinə gətirib çıxarıb. Qeyd edək ki, 1984-cü ildən bəri münaqişə zonasında 30 min insan öz həyatını itirib.

XS
SM
MD
LG