Accessibility links

Suriya prezidenti qoşunlarını Livandan Suriya sərhəddinə çəkəcəyini deyib - 2005-03-05


Suriya Prezidenti Bəşar əl Əsəd deyir ki, onun qoşunları Livanın Bekaa vadisinə çəkiləcək və sonra da oradan Suriya sərhəddinə gətiriləcəklər. Suriya parlamenti qarşısında etdiyi nadir, bir-saatlıq çıxışda cənab Əsəd deyib ki, o, bu addımları Livan rəhbərləri ilə gələn həftə müzakirə edəcək. Diplomatik geriləmələrə baxmayaraq rahat görünən cənab Əsəd deyib ki, Suriya BMT-nin 1559-ci qətnaməsinə və 1989-cu il Taif razılaşmasında üzərinə götürdüyü öhdəliyə əməl edəcək. Lakin əgər Suriya bütünlüklə Livandan özünün 14 min əsgərini çıxarmasa Dəməşq bu öhdəliyi yerinə yetirməmiş olacaq.

XS
SM
MD
LG