Accessibility links

Kolin Pauell ABŞ-ın İrana hücum edəcəyini güman etmir - 2005-03-06


Birləşmiş Ştatların keçmiş dövlət katibi Kolin Pauell deyir ki, o, İrana qarşı hərbi əməliyyatın aparılmasına ehtiyac görmür. Cənab Pauell güman edir ki, Tehranın nüvə proqramı ilə bağlı hazırda göstərilən diplomatik səylər müsbət nəticə verəcək. Yaponiyanın Fuci telekanalına verdiyi müsahibədə sabiq katib hərbi qüvvədən istifadə edilməsini tam istisna etməyib. Lakin onun fikrincə Prezident Buş yaranmış böhranı diplomatik yolla həll etməkdə maraqlıdır.

XS
SM
MD
LG