Accessibility links

C.Bolton BMT səfiri vəzifəsinə namizəd göstərilib - 2005-03-07


ABŞ prezidenti Buş ABŞ-ın Birləşmiş Millətlər Təşkilatında yeni səfiri vəzifəsinə Con Boltonun namizədliyini irəli sürüb. Dövlət katibi Kondoliza Raysın bu namizədliyi rəsmən təsdiq edib. 56-yaşlı cənab Bolton dövlət katibinin hərbi və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavinidir. Bu vəzifədə çalışdığı müddətdə o, kütləvi qırğın silahlarının yayılmasını dayandırmaq üçün dünya səviyyəli tədbirlərdə fəal iştirak etmişdi.Cənab Bolton Şimali Koreya və onun nüvə silahlarının istehsalı üzrə səylərini tənqid edən şəxs kimi tanınır. Onun namizədliyi təsdiq olunduğu təqdirdə, cənab Bolton yanvar ayında istefaya çıxmış Con Danfordu əvəz edəcək.

XS
SM
MD
LG