Accessibility links

İran prezidenti Bosniya-Herseqovina ilə əlaqələri möhkəmlətməyə çağırıb - 2005-03-09


İran prezidenti Məhəmməd Xatəmi ölkəsi ilə Bosniya-Herseqovina arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə çağırıb. O, bu bəyanatı bu gün, Bosniyanın baş naziri Adam Terziç və digər rəsmilərlə Sarayevoda keçirdiyi görüşü zamanı verib. Prezident Xatəmi səfəri zamanı iki ölkə arasında əməkdaşlıq sahələrində bir sıra müqavilələr imzalayıb. Xatırladaq ki, İran 1990-cu illərdə Bosniya-Herseqovina münaqişəsi zamanı Bosniya müsəlmanlarını dəstəkləmişdi.

XS
SM
MD
LG