Accessibility links

Naxçıvan Muxtar Respublikasında söz və mətbuat azadlığı narahatlıq doğurur - 2005-03-11


Hüquqi İnkişaf və Demokratiya ictimai birliyi Naxçıvan Muxtar Respublikasında söz və mətbuat azadlığının mövcud durumu ilə bağlı müzakirələr keçirib. Müzakirələrdə bölgədə söz azadlığının vəziyyətinin xüsusilə narahatlıq doğurduğu vurğulanıb. Hüquqi İnkişaf və Demokratiya ictimai birliyinin sədri Zülfiyyə Əliyeva bildirib ki, Naxçıvanda vəziyyət çox narahatedicidir. Onun fikrincə, paytaxtdda olduğu kimi Naxçıvanda da mətbuata təzyiq əsasən məhkəmələr vasitəsi ilə edilir. Belə təzyiqlərə məruz qalanlardan biri «Turan» İnformasiya Agentilyinin və «Azadlıq» radiosunun Naxçıvan üzrə bölgə müxbiri Məlahət Nəsibovadır. Müxbiri Naxçıvan Narkoloji dispanserinin baş həkimi Rəşadət Nabatov məhkəməyə verib. Məlahət Nəsibova sabiq baş həkimə istinadən bölgədə narkomanların sayı ilə bağlı statistik rəqəmləri "Azadlıq" radiosunda efirə verib. İki ay sonra Narkoloji dispanserin hazırki baş həkimi "şərəf və ləyaqətinin alçaldılması və haqqında real olmayan məlumatlar verməklə mənəvi ziyan vurulması" ittihamı ilə iddia qaldıraraq 200 milyon manat yəni 40 min dollar tələb edib. Naxçıvan şəhər məhkəməsi isə Məlahət Nəsibovanı 40 milyon manat, yəni 8 min dollar cərimə edib. «Azadlıq» qəzetinrin Naxçıvan bölgəsi üzrə müxbiri Məhəmməd Rzayev də dəfələrlə təzyiqlərə məruz qaldığını bildirir. O bir neçə dəfə oğurlanaraq döyüldüyünü də deyib. Öz növbəsində Naxçıvan Ali Məclisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Əsgərov bölgədə söz və mətbuat azadlığının kifayət qədər qorunduğunu bildirir. Naxçıvan şəhər məhkəmsinin sədri Mahmud Cəfərov isə hakimiyyət orqanlarının məhkəmələrə təzyüiqlərilə bağlı məlumatları təkzib edir. Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı yaradılmış istitaq qrupu hələ qatili tapa biləmyib. Deyəsən istintaq qrupunun araşdırmaları hələ elə ciddi nəticələr də vermir. Respublika Prokurorluğunun əməkdaşı Eldar Məcidov bu fikirdədir.

XS
SM
MD
LG